Yaşadığı şəhərİstanbul, Türkiyə
Cari İş YeriEREB Global
MütəxəssisKaryera və Həyat Kouçu
TəcrübəKouçinq | Təlimçilik | Sosial sahibkarlıq | Marketinq

Bioqrafiya

ICF akkreditasiyalı Erickson Kouçinq Kanada kolleci məzunudur. 200 saatlıq müştəri seanslarına sahibdir. 10 ildir ki, karyera/peşə seçimi, iş axtarışı və müsahibələrə hazırlıq mövzusunda konsultasiyalar verib, kontent hazırlayır. 3 ildir ki, kouçinqlə insanlara işlərində və həyatlarında arzuladıqları nöqtəyə çatmaqlarına kömək edir. "GR8" ingilis dilində ünsiyyət, şəxsi və professional inkişaf klubunun həmtəsisçisidir. Eastern Mediterranean University “İnsan Resurslarının İdarə olunması” sahəsində bakalavr dərəcəsi var. BMT-nin, Norveçin Xarici İşlər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsində təlimçi və kouç kimi fəaliyyəti nəticəsində 60-dan çox insan iş tapıb. İndiyə qədər keçirdiyi təlimlər, konsultasiyalar vasitəsilə 3000-ə yaxın insana iş tapmağa kömək etmişdir. Leyla, The Do School-un Sosial Sahibkarlar üçün "Peşə məktəbləri vasitəsilə qlobal işsizliyin həlli" proqramının məzunudur. Britaniyada 1 aylıq John Smith Trust Fellowship proqramında təqaüd qazanaraq iştirak etmişdir. Müxtəlif şirkət və qurumlarda təlimçi, idarəçi kimi fəaliyyəti olub. GR8 adlı peşəkar təlim və inkişaf klubu olan sosial biznesin həmtəsisçisi olmuşdur. Hazırda İstanbulda, beynəlxalq daşınmaz əmlak ‘divi’ olan EMPG Group şirkətində Təlim və İnkişaf Meneceri olaraq çalışır. Yazmağı, gəzməyi, söhbət etməyi və bu söhbətlərlə insanların həyatına toxunmağı sevir.