NövOnlayn Kurs
TarixAvq 1, 2018
Student Enrolled24
Qiymət₼50
İndi AlBron Et

CV/Rezümeni necə yazım? 

CV/Rezümenin hazırlanması kursu dərslərində rezümenin bütün bölmələri haqqında detallı məlumat alacaq və onları doldurmağın qaydalarına dair dolğun məlumata sahib olacaqsınız. Rezümenizi dizayn etməyiniz üçün CV/Rezüme nümunə formaları, o cümlədən rezümenizi düzəldə biləcəyiniz vebsaytların siyahısı əlavə edilib. Video dərslərdə verilən biliklərə və qaydalara əsasən siz öz rezümenizi düzəltməyə başlayacaqsınız və kursun sonunda aldığınız məlumatları tətbiq etməklə mükəmməl bir rezüme yaradacaqsınız. Rezüme sizi arzuladığınız işə aparan yolun ilk addımıdır və sizi müsahibəyə aparan bir alətdir, onun mükəmməlliyi sizin dərsləri nə dərəcədə tətbiq etməyiniz və öz yaradıcılığınızı ortaya qoymağınıza bağlıdır. Dərslər hazır videolar şəklində, o cümlədən PDF və Word formatında nümunələrdən ibarətdir. CV-nizi hazırlamağa başlamağınız üçün bütün hazır resurslar kursun proqramına daxildir.

Diqqət: Əgər siz yalnız CV hazırlamağı deyil, iş axtarmaqla bağlı proqramı bütöv keçmək istəsəniz, sizə “İş axtarışı | CV/Rezümenin hazırlanması | İş müsahibəsinə hazırlıq” kursuna başlamağı tövsiyə edirik. 

REKOMENDASİYALAR

Pərvanə Babayeva:

Ötən ilə kimi düşünürdüm ki, həyatımda hər şey qaydasındadır. Belə ki, Azərbaycanın ən yaxşı universitetlərindən birini fərqlənmə ilə bitirmişəm, öz ixtisasıma uyğun tanınmış şirkətlərin birində gənc mütəxəssis kimi çalışıram, ətrafımda dəyər verdiyim insanlar çoxdur, onlarla maraq dairəmizə müvafiq vaxt keçirirəm və s. Bir gün ayıldım ki, məyərsə mən bir psixoloji problemin içindəyəm və bu problemin təsiri altında dayanmadan səhvlər edirəm. Həmin gün mən çox çıxışmaz halda idim, bir tərəfdəm səhvlərimə görə itirdiyim insanlara, digər tərəfdən o psixoloji problemimə görə itirdiyim illərə üzülürdüm. Üstəgəl bu vəziyyətdən necə çıxacağıma dair heç bir fikrim yox idi. Çox təsadüfən Leyla Surxayzadə ilə rastlaşdım, ona məsələni izah etdim və gecikmədən qrafiklə seanslara başladıq. İlk öncə həftədə 3 dəfə yanına gedirdim. Leyla yaşadıqlarımı dinləyib analiz etməklə kifayətlənmirdi, o mənə həm də düşündüyüm vəziyyətləri qiymətləndirib onlardan nəticə çıxarmağın yollarını öyrədirdi. O məndə hər şeyin doğurdan qayasına düşəcəyinə inandığını deməklə kifayətlənmirdi, o bunu mənə həm də hiss etdirirdi. Çox keçmədi ki, o özü mənə seanslara gəlməyimə ehtiyac olmadığını bildirdi. Mən artıq normal MƏN olandan sonra çoxdandır reallaşmasını istədiyim məqsədimə nail oldum və bu yolda LEYLA SURXAYZADƏ mənim həyat hekayəmin qonağı deyil, əsas qəhrəmanıdır!

 

ƏLAQƏ

 

Sessiya 1İŞ AXTARMAQ ÜÇÜN İLK ADDIMLAR
Sessiya 2Rezüme/CV | Rezüme/CV-nin Hazırlanması Qaydaları | 02:40:00
Mühazirə 2Rezümenin vacibliyi | Nə üçün CV-miz olmalıdır? | 04:21
Mühazirə 3Rezumenin və CV-nin fərqi nədədir? | 06:59
Mühazirə 4Rezümenin məqsədi nədir? | 05:10
Mühazirə 5Rezüme bölmələri: Ad, soyad və foto necə olmalıdır? | 09:56
Mühazirə 6Rezüme bölmələri: Peşəniz və Əlaqə | 08:22
Mühazirə 7Rezüme bölmələri: Şəxsi Məlumatlar | 06:36
Mühazirə 8Rezüme bölmələri: İş Təcrübəsini Düzgün Yazmağın Qaydaları | 10:52
Mühazirə 9Rezüme bölmələri: Təhsilimizi CV-də düzgün formada necə göstərməliyik? | 05:04
Mühazirə 10Rezüme bölmələri: Dil bilikləri | 05:14
Mühazirə 11Rezüme bölmələri: Soft Skills | Sosial Bacarıqlar | 04:07
Mühazirə 12Rezüme bölmələri: Texniki Bacarıqlar | 06:06
Mühazirə 13Rezüme bölmələri: Könüllü İş Təcrübəsi | Internship | 01:54
Mühazirə 14Transfer Edilə Bilən Bacarıqlar | 03:50
Mühazirə 15Komanda İşi | 01:22
Mühazirə 16Liderlik Bacarığı | 05:26
Mühazirə 17Aktiv Dinləmə Bacarığı | 03:35
Mühazirə 18Yazılı Kommunikasiya | 02:11
Mühazirə 19Şifahi Kommunikasiya | 02:41
Mühazirə 20Araşdırma Bacarığı | 02:51
Mühazirə 21Riyazi Bacarıqlar | 01:32
Mühazirə 22Özünü inkişaf bacarıqları [Şəxsi Bacarıqlar]
Mühazirə 23Kompüter Bacarıqları | 01:31
Mühazirə 24Nailiyyətlər və Maraqlar [Hobbi] | 06:01
Mühazirə 25Sertifikatlar və Tövsiyyə məktubları 05:00
Mühazirə 26Yaradıcı Olmaq Bacarığı | 01:43
Mühazirə 27Rezümedə Açar Sözlər | 05:34
Mühazirə 28Rezümedə Profil Məlumatlarının Yazılması | 05:09
Mühazirə 29Rezüme/CV-nin dizaynı | 06:06
Mühazirə 30CV-nin Email ilə göndərilməsi qaydaları | 06:16
Mühazirə 31Rezümenin Video CV şəklində göndərilməsi | 06:16
Mühazirə 32CV-nin poçt vasitəsilə göndərilməsi | 01:41
Mühazirə 33CV-nin göndərilməsi - vebsayt CV formatı | 01:41
Sessiya 3CV/REZÜME HAZIRLAMAQ ÜÇÜN RESURSLAR
Mühazirə 34CV/Rezyume sıfırdan hazırlamaq üçün mənbələr
Mühazirə 35Word və PDF formatında hazır rezyume nümunələri
Mühazirə 36Vakansiyaların yerləşdirildiyi vebsaytlar və Facebook qrupları
Mühazirə 37Freelancerlər [Sərbəst İşçilər] üçün iş saytları
Mühazirə 38Amerikada iş saytları
Mühazirə 39Türkiyədə iş saytları
Mühazirə 40Təcrübə proqramları, QHT-lərdə iş saytları
Mühazirə 41Qlobal iş axtarma saytları
Mühazirə 42Vebsayt və Video formatında kreativ CV nümunələri

Şərh yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.