NövOnlayn Kurs
Tarixİyl 1, 2018
Student Enrolled24
Qiymət₼99₼50
İndi AlBron Et
iş axtarmaq CV yazmaq müsahibəyə hazırlıq iş müsahibəsi

Kurs nədən ibarətdir? 

“İş axtarışı | CV/Rezümenin hazırlanması | İş müsahibəsinə hazırlıq” kursu hər bir iş axtaran, karyera qurmaq və ya başqa bir işə keçmək istəyən şəxslər üçün hazırlanıb. Karyera kouçu Leyla Surxayzadə tərəfindən aparılan kurs 46 video dərsdən və hər bir dərsə uyğun əlavə PDF, Word CV və məktub nümunələri, vebsaytlar, əlavə nümunə videolar, fotolar və s. resurslardan ibarətdir. Kursun unikallığı ondadır ki, bu kurs qlobal bilikləri Azərbaycan əmək bazarının qaydalarına uyğunlaşdırılaraq hazırlanıb.

CV/Rezümeni necə yazım? 

Kursun ən uzun sessiyası CV/Rezümenin hazırlanması dərslərində rezümenin bütün bölmələri haqqında detallı məlumat alacaq və onları doldurmağın qaydalarna dair dolğun məlumata sahib olacaqsınız. Rezümenizi dizayn etməyiniz üçün CV/Rezüme nümunə formaları, o cümlədən rezümenizi düzəldə biləcəyiniz vebsaytların siyahısı əlavə edilib. Video dərslərdə verilən biliklərə və qaydalara əsasən siz öz rezümenizi düzəltməyə başlayacaqsınız və kursun sonunda aldığınız məlumatları tətbiq etməklə mükəmməl bir rezüme yaradacaqsınız. Rezüme sizi arzuladığınız işə aparan yolun ilk addımıdır və sizi müsahibəyə aparan bir alətdir, onun nə qədər yaxşı olması sizin dərsləri nə dərəcədə tətbiq etməyiniz və öz yaradıcılığınızı ortaya qoymağınıza bağlıdır. 

Müsahibəyə necə hazırlaşmalıyam? Müsahibədə verilən suallara necə cavab verməliyəm?

Müsahibəyə çox yaxşı hazırlaşmalısınız ki, nəticəsi sizin istədiyiniz kimi olsun və arzuladığınız işi digər namizədlər deyil, məhz siz alasınız. Bunun üçün də kursun müsahibə ilə bağlı hər şeyi özündə birləşdirən dərslərini hazırlamışıq və bu dərsləri mənimsəyərək düzgün tətbiq etməklə müsahibədən uğurla keçəcəksiniz. Ən çox verilən müsahibə sualları, onlara düzgün cavabları necə vermək lazım olduğunu bilirsinizmi? Bu mövzuyla bağlı 2 saatlıq dərsdə müsahibədə ən çox verilən 33 sual və onlara düzgün cavab vermək qaydaları ilə yanaşı, sizin müsahibədə işəgötürənə verməli olduğunuzu suallar haqqında da çox geniş məlumat vermişəm.   

Müsahibədən sonra nə edəcəyinizi bilirsinizmi?

“Nə isə etmək lazımdır ki?”  deyirsinizsə deməli bu sahədə öyrənəcəyiniz hələ çox şey var. Müsahibədən sonra daha bir vacib addım qalır ki, bunu etməklə siz işə götürənin sizi seçməsi üçün qəti qərarını verməkdə ona kömək etmiş olacaqsınız.

SUALLAR ÜÇÜN ƏLAQƏ





İnsan olduğumu təsdiqləyirəm

REKOMENDASİYALAR

Pərvanə Babayeva:

Ötən ilə kimi düşünürdüm ki, həyatımda hər şey qaydasındadır. Belə ki, Azərbaycanın ən yaxşı universitetlərindən birini fərqlənmə ilə bitirmişəm, öz ixtisasıma uyğun tanınmış şirkətlərin birində gənc mütəxəssis kimi çalışıram, ətrafımda dəyər verdiyim insanlar çoxdur, onlarla maraq dairəmizə müvafiq vaxt keçirirəm və s. Bir gün ayıldım ki, məyərsə mən bir psixoloji problemin içindəyəm və bu problemin təsiri altında dayanmadan səhvlər edirəm. Həmin gün mən çox çıxışmaz halda idim, bir tərəfdəm səhvlərimə görə itirdiyim insanlara, digər tərəfdən o psixoloji problemimə görə itirdiyim illərə üzülürdüm. Üstəgəl bu vəziyyətdən necə çıxacağıma dair heç bir fikrim yox idi. Çox təsadüfən Leyla Surxayzadə ilə rastlaşdım, ona məsələni izah etdim və gecikmədən qrafiklə seanslara başladıq. İlk öncə həftədə 3 dəfə yanına gedirdim. Leyla yaşadıqlarımı dinləyib analiz etməklə kifayətlənmirdi, o mənə həm də düşündüyüm vəziyyətləri qiymətləndirib onlardan nəticə çıxarmağın yollarını öyrədirdi. O məndə hər şeyin doğurdan qayasına düşəcəyinə inandığını deməklə kifayətlənmirdi, o bunu mənə həm də hiss etdirirdi. Çox keçmədi ki, o özü mənə seanslara gəlməyimə ehtiyac olmadığını bildirdi. Mən artıq normal MƏN olandan sonra çoxdandır reallaşmasını istədiyim məqsədimə nail oldum və bu yolda LEYLA SURXAYZADƏ mənim həyat hekayəmin qonağı deyil, əsas qəhrəmanıdır!

 

Sessiya 1İş axtarmaq üçün ilk addımlar | 00:04:31
Mühazirə 1Giriş və bu sahədə təcrübəm haqqında | 3:03
Mühazirə 2Kursun hədəfləri nələrdir? | 1:28
Sessiya 2Rezüme/CV | Rezüme/CV-nin Hazırlanması Qaydaları | 02:40:00
Mühazirə 3Rezümenin vacibliyi | Nə üçün CV-miz olmalıdır? | 04:21
Mühazirə 4Rezumenin və CV-nin fərqi nədədir? | 06:59
Mühazirə 5Rezümenin məqsədi nədir? | 05:10
Mühazirə 6Rezüme bölmələri: Ad, soyad və foto necə olmalıdır? | 09:56
Mühazirə 7Rezüme bölmələri: Peşəniz və Əlaqə | 08:22
Mühazirə 8Rezüme bölmələri: Şəxsi Məlumatlar | 06:36
Mühazirə 9Rezüme bölmələri: İş Təcrübəsini Düzgün Yazmağın Qaydaları | 10:52
Mühazirə 10Rezüme bölmələri: Təhsilimizi CV-də düzgün formada necə göstərməliyik? | 05:04
Mühazirə 11Rezüme bölmələri: Dil bilikləri | 05:14
Mühazirə 12Rezüme bölmələri: Soft Skills | Sosial Bacarıqlar | 04:07
Mühazirə 13Rezüme bölmələri: Texniki Bacarıqlar | 06:06
Mühazirə 14Rezüme bölmələri: Könüllü İş Təcrübəsi | Internship | 01:54
Mühazirə 15Transfer Edilə Bilən Bacarıqlar | 03:50
Mühazirə 16Komanda İşi | 01:22
Mühazirə 17Liderlik Bacarığı | 05:26
Mühazirə 18Aktiv Dinləmə Bacarığı | 03:35
Mühazirə 19Yazılı Kommunikasiya | 02:11
Mühazirə 20Şifahi Kommunikasiya | 02:41
Mühazirə 21Araşdırma Bacarığı | 02:51
Mühazirə 22Riyazi Bacarıqlar | 01:32
Mühazirə 23Özünü İnkişaf Bacarıqları [Şəxsi Bacarıqlar] | 04:04
Mühazirə 24Kompüter Bacarıqları | 01:31
Mühazirə 25Nailiyyətlər və Maraqlar [Hobbi] | 06:01
Mühazirə 26Sertifikatlar və Tövsiyyə məktubları 05:00
Mühazirə 27Yaradıcı Olmaq Bacarığı | 01:43
Mühazirə 28Rezümedə Açar Sözlər | 05:34
Mühazirə 29Rezümedə Profil Məlumatlarının Yazılması | 05:09
Mühazirə 30Rezüme/CV-nin dizaynı | 06:06
Mühazirə 31CV-nin Email ilə göndərilməsi qaydaları | 06:16
Mühazirə 32Rezümenin Video CV şəklində göndərilməsi | 06:16
Mühazirə 33CV-nin poçt vasitəsilə göndərilməsi | 01:41
Mühazirə 34CV-nin göndərilməsi - vebsayt CV formatı | 01:41
Sessiya 3Məktub (Email, İstək və Motivasiya) | 00:10:57
Mühazirə 35İstək məktubu (cover letter) yazmağın qaydaları | 03:48
Mühazirə 36Motivasiya məktubu yazmağın qaydaları | 07:09
Sessiya 4İş axtarma prosesi və vasitələr | 00:07:21
Mühazirə 37Necə iş axtaraq? İş axtarma vasitələri | 01:44
Mühazirə 38Şəbəkələşmə, əlaqələr qurmaq | Özünü və işini effektiv və düzgün təqdim etmək qaydaları | 05:37
Sessiya 5Müsahibəyə hazırlıq | 2:37:43
Mühazirə 39Müsahibəyə texniki hazırlıq | 12:09
Mühazirə 40Müsahibəyə psixoloji hazırlıq | 10:28
Mühazirə 41Maaş gözləntinizi müsahibədə necə bildirməlisiniz? | 07:43
Mühazirə 42Müsahibədən sonra təşəkkür məktubu | 04:09
Mühazirə 43Müsahibədən sonra şirkətə edilən telefon zəngi | 01:09
Mühazirə 44Müsahibədə verilən sualların siyahısı və onlara düzgün cavab nümunələri | Yekun dərs 01:55:00
Mühazirə 45Müsahibə Testləri: IQ, EQ, Şəxsiyyət tipinizi müəyyən edən Myers Briggs (MBTI) testi, 16 Personalities testi, Karyeranızda irəliləmək üçün DISC testi, Hansı peşəyə uyğun olduğunuzu ölçmək üçün Holland Kodu testi
Sessiya 6İş axtarmaq və CV hazırlamaq üçün resurslar
Mühazirə 46CV/Rezyume sıfırdan hazırlamaq üçün mənbələr
Mühazirə 47Word və PDF formatında hazır rezyume nümunələri
Mühazirə 48Vakansiyaların yerləşdirildiyi vebsaytlar və Facebook qrupları
Mühazirə 49Freelancerlər [Sərbəst İşçilər] üçün iş saytları
Mühazirə 50Müsahibə Testləri: IQ, EQ, Şəxsiyyət tipinizi müəyyən edən Myers Briggs (MBTI) testi, 16 Personalities testi, Karyeranızda irəliləmək üçün DISC testi
Mühazirə 51Amerikada iş saytları
Mühazirə 52Türkiyədə iş saytları
Mühazirə 53Təcrübə proqramları, QHT-lərdə iş saytları
Mühazirə 54Qlobal iş axtarma saytları
Sessiya 7Hazır məktub nümunələri
Mühazirə 55CV göndərərkən yazılan email nümunəsi [Azərbaycanca]
Mühazirə 56Cover Letter - Maraq Məktubu [Azərbaycanca]
Mühazirə 57Müsahibədən sonra göndərilən təşəkkür məktubu nümunəsi
Mühazirə 58Vebsayt və Video formatında kreativ CV nümunələri
Mühazirə 59Motivasiya Məktubu - Motivation Letter [İngiliscə və Azərbaycanca]
Mühazirə 60Görüşdən sonra izləmə [follow up] məktubu [ingiliscə]

Şərh yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.