fbpx
info@masterslab.org

Sual-Cavab

Masterslab Onlayn Təhsil Platforması haqqında tez-tez verilən suallar və cavabları.

Cavabları görmək üçün “+” düyməsinə klikləyin.

Masterslab nədir?

Masterslab onlayn təhsil platformasıdır. Burada yeni peşələri, peşə bacarıqlarını və müxtəlif dilləri onlayn öyrənə bilərsiniz.

Onlayn təhsil nədir?

Onlayn təhsil kursa, məktəbə, universitetə getmədən, evdən və ya dünyanın istənilən yerindən ala biləcəyiniz bir təhsil növüdür. Onlayn təhsil çox vaxt video və ya audio mühazirələr və test sualları şəklində olur. Masterslabda da kurslar bu formatlardadır. Digər onlayn kurslardan fərqimiz odur ki, tələbələr üçün müəllimlə  interaktivlik təmin edilir.

Nə üçün onlayn kurslardan istifadə etməliyəm?

İllərlə aparılmış araşdırmalar nəticəsində onlayn tədrisin ənənəvi tədris qədər effektli olduğu sübut olunub. Onlayn kurslar sizin təhsil və yol xərclərinizi azaldır, həm sırf təhsilə ödədiyiniz xərclər, həm vaxtınıza qənaət edirsiniz. Dərsə gedib-gəlmək üçün yola vaxt və pul sərf etmirsiniz. Vaxtı özünüz seçirsiniz, harada və hansı vaxt rahatdırsa həmin saatlarda, istədiyiniz şəraitdə təhsil alırsınız.

Masterslab kursları ödənişlidirmi?

Bəli. Masterslabda kurslar ödənişlidir, lakin üzbəüz təlimlər və kurslardakı qiymətlərə nisbətən daha ucuzdur. Bundan başqa hər bir kursun mövzusu ilə bağlı Masterslab layihəsinin Facebook qrupunda ÖDƏNİŞSİZ vebinarlara qatıla bilərsiniz. Bu vebinarlar kursun instruktoru tərəfindən Facebook qrupumuzda canlı olaraq aparılır və sizə vebinar zamanı kurs və ya mövzu haqqında suallarınızı verə bilmək imkanı yaradılır.

Kursları kimlər tədris edir?

Hər bir kursu bu peşənin mütəxəssisi tədris edir. Kursun səhifəsində, sağ tərəfdə kursu tədris edən instruktorun profili yerləşdirilir. Həmin profildə adın üzərinə klik edib, instruktor və təcrübəsi haqqında ətraflı məlumat ala bilərsiniz.

Kursa necə başlaya bilərəm?

Kursa başlamağın 2 yolu var. Bank kartınızla onlayn ödəniş edərək və ya bank hesabına Milliön vasitəsilə ödəniş edib, çeki bizə göndərməklə.

Bank Respublika Hesab Nömrəsi

IBAN AZN Hesab nömrəsi: 380194400251286402
Şəxsiyyət vəsiqəsinin nömrəsi:
09405654
Doğum Tarixi: 
10.08.1985

“Bron et” düyməsini sıxaraq Milliöndən etdiyiniz ödəniş çekinin şəklini çəkib tələbə profilinizdə seçdiyiniz kursun qarşısındakı keçiddən yükləyirsiniz.

“Bron et” o deməkdir ki, siz tələbə profili yaradaraq bir kurs seçirsiniz və bu kurs sizin profilinizdə saxlanılır. Milliön vasitəsilə yuxarıda göstərilən bank hesabına ödənişi etdikdən sonra profilinizə daxil olaraq, bron etdiyiniz kursun qarşısında göstərilmiş “Submit Request” bölməsindən çekin şəklini yükləyirsiniz. Ödənişiniz 30dəq – 2 saat ərzində təsdiqlənəcəkdir. Daha sonra isə siz kursa başlaya bilərsiniz.

Kursu aldıqdan nə qədər müddət ərzində kursu keçə bilərəm?

Kursu aldıqdan sonra hər zaman kursa giriş edib öyrənə bilərsiniz.

Kursların dərslərinə hansı elektron cihazlardan baxa bilərəm?

Telefon, planşet və ya kompüterlə dərslərə başlaya bilərsiniz.

Dərslərin audio və videoları mövcuddurmu? Formatı nədir?

Kurs video dərslərdən, test sualları və tapşırıqlardan ibarətdir. Videolar mp4 formatındadır, lakin videoların audio (mp3) formatları da mövcuddur. Kursların hər biri maksimum 3-10 saat arası dəyişir. Videolar mövzulara görə bölünür. Hər bir kursun proqramına kursun səhifəsinə daxil olaraq baxa bilərsiniz.

Onlayn təhsil üzbəüz təhsil qədər effektlidirmi?

Onlayn təhsil yenilik olsa da, illər ərzində aparılmış araşdırmalar göstərir ki, onlayn təhsil ənənəvi təhsil qədər, hətta çox hallarda daha effektiv ola bilər. ABŞ-ın Təhsil Departamentinin 1000 tələbə arasında apardığı analiz nəticəsində onlayn tələbələr sinif tələbələrini performansda ötüblər. Eyni ildə digər bir araşdırmanın yayımladığı nəticəyə görə onlayn tələbələrin vaxt baxımdan 70% üstünlük əldə edirlər, aradakı fərqlər proqramlar və texnologiyalar inkişaf etdikdə daha da böyüyəcək.

Kurs keçmək istəyənlər üçün təqaüdlər mövcuddurmu?

Təqaüdlər ölkəmizin regionlarında yaşayan insanlar və regiondan Bakıya gəlmiş tələbələr üçün nəzərdə tutulub. Təqaüdlərlə bağlı ilk xəbərləri almaq üçün qeydiyyatdan keçin.

Sual verin