fbpx
info@masterslab.org

sevdiyin işlə məşğul ol
14 Noy 2017

Hansı şirkət sizin üçün daha uyğundur? Ürəyinizcə olan işə sahib olun

Hər birimiz böyük bir şirkətin və yüksək effektli işçi kollektivin bir üzvü olmaq arzusundayıq. Bizə kömək edən, eyni zamanda bizimlə rəqabət aparan kolleqalarımızın yanında imkan və bacarıqlarımızın pik səviyyəsində çalışmağa can atırıq. Biz istəyirik ki, layiqli mükafat qarşılığında sevdiyimiz işi yerinə yetirək. Lakin uğurlu şirkət və təşkilatlar da uğurlu fəaliyyət göstərən işçi kollektiv tipləri də az deyil. Əsas odur ki, sizin çalışdığınız şirkətin inkişafını stimulə edən dəyərlər, sizi motivə edən dəyərlərlə üst-üstə düşsün, şirkətin korporativ mədəniyyəti sizin şəxsi davranış stilinizlə harmoniya təşkil etsin, kolleqalar isə sizdə düşünmək, inkişaf etmək, hətta gülümsəmək hissi oyatsın.

Burada belə bir nəticəyə gəlmək olar: karyera pilləkəninin hansı pilləsində olmağımızdan və nə ilə məşğul olmağımızdan asılı olmayaraq bilməliyik ki, hansı iş mühiti bizi həqiqətən də qane edir. Daxili və xarici rəqabət mühiti bizim xoşumuza gəlir, yoxsa iş yerində əməkdaşlıq etmək daha vacibdir? Biz şəxsi uğura can atırıq, yoxsa kollektiv şəkildə uğur qazanmaq daha çox ürəyimizcədir? Biz maddi məqsədlər üçün emosional və psixoloji rahatlığımızı qurban verməliyik, yoxsa sadəcə olaraq pul qazanmaqdansa daha dəyərli işlər görməliyik?

Mənim bəxtim gətirdi: Son 20 ildə mən Silikon vadidən Medison – avenyuya qədər səhiyyə xidmətlərindən tutmuş maliyyə xidmətlərinə qədər geniş diapazonlu fəaliyyət sferalarında ən yaradıcı, aktiv və dünyada uğur qazanmış şirkətlərdə işləmişəm. Bu şirkətlərin hər birinin təşkilati işə yanaşmaları fərqlidir. Şəxsi təcrübəmdən əldə etdiyim faktları analiz edərək mən 4 işçi kollektiv tipi müəyyənləşdirdim və sorğu tərtib etdim, hansı ki, bunlardan hansının sizə daha uyğun olduğunu anlamağa kömək edəcək. Bu sualların doğru cavabı mövcud deyil, elə bir iş atmosferi yoxdur ki, hamıya uyğun olsun. Hər bir şəxs bilməlidir ki, hansı kollektiv ona daha məhsuldar işləmə imkanı yaradacaqdır. Beləliklə, bu 4 kollektiv tipləri hansılardır?

Şirkət bir birlik kimidir. Belə bir kollektivin lozunqu “hamı bir nəfər üçün, bir nəfər hamı üçün”- dür. Burada etimad, komandad işi, əməkdaşların bir-birinə sədaqəti kimi təməl prinsiplər sözdə deyil, əməldə həyata keçirilir. Təbii ki, müştərilərin də, partnyorların və səhmdarların da maraqları nəzərə alınır. Lakin əməkdaşların tələbləri burada hər şeydən üstün götürülür. Belə şirkətlərin uğur formulu bu biznesdə çalışan insanlara fayda verməkdən ibarətdir. Məsələn, Kolorado ştatının Denver şəhərində qərərgahı olan, tibbi xidmətlər göstərən müstəsna uğurlu şirkət olan Davita şirkətinin rəhbəri Kent Tiri hər zaman bunu qeyd etməyi sevir: “Mənim şirkətim hər şeydən əvvəl bir birlikdir, sonra şirkət”. O həmçinin deyir ki: “Biz vasitə və hədəflərin yerini dəyişdik. Biznesin gəliri vasitə, həqiqi insan birliyi yaratmaq isə hədəfdir”.

Ulduz qalaktikası. Belə şirkətlər ambisioz, öz aralarında şiddətlə rəqabət aparan, öz uğurlarını şəxsi hədəfləri və hətta digər əməkdaşların üzərində qələbələri ilə ölçən şəxslərin birliyidir. Onların şüarı – “ya yüksəl, ya da yox ol”, “ya qalib gəl, ya da məğlub ol”, “qiymətləndir, ya da at”-dır. Belə bir şəraitdə işləmək çox çətindir, lakin bura istedadlı və superulduz olmağa can atan insanlara əsl lazım olan bir yerdir. Belə kollektivlərə investisiya banklarında və fondlarda, bəzi hüquq və konsaltinq şirkətlərində və texnologiya korporasiyalarında rast gəlmək olar. Facebook-un icraçı direktoru (CEO) Mark Zukerberq “New York Times” –a müsahibəsində bu mövzu ilə bağlı gözəl bir fikir söyləyib: “Unikal olmaq normal işçidən bir az yaxşı olmaq deyil, 100 dəfə yaxşı olmaqdır”. Ulduz olmağa hədəfli kollektivlərdə bütün təşkilatın uğuru əməkdaşların şəxsi nailiyyətlərindən asılıdır.

Sadəcə olaraq şirkət yox, birgə ideyası olan şirkət. Belə şirkətlərdə insanlar ümumi işə verəcəyi xeyir üçün daha çox narahatdır nəinki şəxsi müvəffəqiyyəti və qələbəsi üçün. Burada başlıca olan – müştərilər və partnyorlar qarşısında verilən sözə əməl etmək üçün nümayiş etdirilən ciddiyyət, qurban vermə istəyi və maksimum güc sərf etmək bacarıqlarıdır. Bu tip şirkətlərin lozunqu belədir: “missiya hər şeydən əvvəl gəlir”. Bu şirkətin əməkdaşları işin yerinə yetirilməsi üçün hər vasitədən istifadə edirlər. Bu modelin ən yaxşı nümunəsi yalnız hərbiçilər (xidmətdə və ya ehtiyatda olan) və onların ailələri ilə çalışan USAA – uğurlu maliyyə şirkətidir. Şirkət emosional cazibəli brendə çevrilmiş və özünün çox böyük işi ilə nüfuz qazanmışdır. Bütün bunlar şirkət əməkdaşlarının hərbçilər və onların ailələrinin maraqlarını üstün tutması sayəsində baş tutur. Budur, sadəcə şirkət yox, birgə ideyası olan şirkət.

Kiçik olan daha gözəldir. Elə insanlar var ki, onlara daha sadə idarəetməsi olan kollektivlərdə işləmək rahatdır, belə yerlərdə ideya və onun reallaşması arasında heç bir maneə yoxdur, həyat ritmi zərurilik hissi ilə müəyyən edilir. Fərq etmir belə işçiləri nə motivasiya edir – vəzifə borcu, yoxsa şəxsi nailiyyət arzusu. Ötən ilin oktyabrında Bo Berlinqem müəssisəsinin mütəxəssisi özünün biznes ədəbiyyatın klassikası hesab edilən “Böyük yox, əzəmətli” kitabının on illik yubileyini qeyd etdi. Kitabın adı belə bir işçi kollektivin ruhunu əks etdirir, burada şirkətin bazardakı payı və böyük gəlirlərdən çox kollektivdə şəxsiyyətin ölçülməsi daha çox nəzərə çarpır. Artıq dünyada kiçik insan qruplarının daha böyük nailiyyətlər əldə etməsi ənənəsi getdikcə azalır, lakin ölçü həqiqətən də əhəmiyyətli deyil – hətta kiçik insan qrupları da yüksək nailiyyətlər əldə edə bilər, nəinki böyük qruplar.

Həqiqi işi heç nə əvəz edə biməz, lakin onunla məşğul olmaq üçün mühiti sizə uyğun olan şirkət, təşkilat və komandanı tapmalısınız. Dünyada bu qədər maraqlı və vacib işlər olduğu halda, biz hamımız bizə rahat bir iş yeri və bizim güclü tərəflərimizi üzə çıxaracaq kollektiv tapmağa layiqik.

Müəllif: Bill Teylor – Fast Company jurnalının təsisçisi, yazıçı və sahibkar.

Mənbə

Şərh yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.