fbpx
info@masterslab.org

31 Okt 2017

Massaçusetts Texnologiya İnstitutu: Onlayn tədris ənənəvi tədris qədər təsirlidir

Massaçusetts Texnologiya İnstitutunun araşdırmasına görə onlayn tədris ənənəvi tədris qədər təsirlidir. Hal-hazırda 7.1 milyondan çox tələbə ən azı bir milyon onlayn kurs keçir. Lakin mövcud populyarlığın əksinə olaraq pedaqoqlar tərəfindən  tərəfindən bu tendensiya zəif qiymətləndirlir.

Ancaq Massaçusetts Texnologiya İnstitutunun araşdırması tənqidçilərə başqa cür düşünməyi məsləhət görür. Tədqiqatçılar aşkar ediblər ki, kütləvi onlayn açıq kurslar təkcə effektiv deyil, həmdə tələbələrin bacarıq və hazırlıq səviyyələrini nəzərə almadan onlara , sinif otaqlarında keçirilən ənənəvi tədris qədər əhəmiyyətlidir.

Tədqiqatçıların kəşfləri “Beynəlxalq baxış və açıq məsafədə öyrənmə tədqiqatları “ saytında dərc olundu və həmmüəllif Devid Pritçard, Massaçusetts Texnologiya İnstitutundan Sesil və Fizika üzrə professor İda Qrin qeyd edirlər ki, onlar etirazlarla qarşılaşacaqlarını əvvəlcədən bilirdilər. Massaçusetts Texnologiya İnstitutunun xəbərlərinə görə Pritçard  bir çox məşhur tədqiqatçıların açıq onlayn kurslarda çox şey öyrənilməyəcəyini və ya bunun artıq yaxşı təhsil almış insanlar üçün olduğunu bildirdiklərini deyib.

Massaçusetts Texnologiya İnstitutu, Harvad və Tsingua Universitetlərinədn olan tədqiqatçılardan ibarət qrup, “Mexanika nəzəriyyəsi”, “EDX “ kütləvi onlayn öyrənmə platformasında ilkin mexanika kursları keçən tələbələr arasında ilkin və nəticə testlərini tamamlayıb. Sonra tədqiqatçılar oturaq siniflərdə olan tələbələrlə bənzər testlər keçiriblər. Nəticədə aşkar edilib ki;

Onlayn kurslarda öyrənilənlərin keyfiyyəti ənənəvi mühazirə kurslarında öyrənilənlərdən daha çoxdur. Və sınaq testlərinin nəticələrindəndə göründüyü kimi bu hətta nəticə ən az hazırlaşanlara da aiddir. Pritçard deyir ki, idarə heyəti arasında artan inkişaf səviyyələri, hətta onlayn kursu ən az balla bitirən və uğursuzluq dərəcəsinə bərabər olan tələbənin belə onlayn kurslarla anlamada əhəmiyyətli qazanclar əldə edə biləcəyini göstərir.

İzah : Onlayn tədrisin nəticələri sinifdə keçirilən ənənəvi tədrislə nəinki eyni,  hətta daha yaxşıdır.

Tədqiqatçılar,  nəticələrini başqa mühitdə təkmilləşdirmək istəyən professorlara, tələbələrin müntəzəm olaraq kiçik qruplara bölünərək qarşılıqlı fəaliyyət göstərdikləri, bildiklərinin bir-birinə ötürərək öyrəndikləri “İnteraktiv məşğələ” pedaqogikası adlanan yanaşmadan istifadə etməyi məsləhət görürlər.

Pritçard bildirib ki,   Massaçusetts Texnologiya İnstitutunun araşdırması onlayn kurslardan əldə edilə biləcək məlumatların ötürülmə prosesinin başlanğıcıdır. Tələbələrin nə qədər mühazirələri izləməsi, fasilə etməsi, bölmələri təkrar etməsi qeyd edilməli və bütün bunlardan onlayn tədrisdə hansı metodun daha yaxşı olduğunu tapmaqda istifadə olunmalıdır.

Bu yaxınlarda Massaçusetts Texnologiya İnstitutu ağıllı təhsil, məktəblərin gələcəkdə nəyə bənzəməsi barədə son hesabatını dərc etdi. Eyni vaxtda prezident L.Rəfael bildirir ki, institut araşdırmanı öyrənən daha əsaslı təcrübələr aparacaq.

Professor heyəti təhsil xərclərin azaltmaq üçün hətta ənənəvi yerli tədrislə, onlayn tədrisi qarışdıra bilər.

Hər hansı ziyanlı texnologiyadan fərqli olaraq, kütləvi açıq onlayn kurslar bir çox yerlərdə coşqu ilə, bəzi yerlərdə isə şübhə ilə qarşılanıb. Mübahisəli məsələlərə baxmayaraq faktlar ondan ibarətdir ki, artan təhsil haqqları onlayn tədris və təlimin transformativ potensialı ilə əlaqələndirilir və heç bir universitet bunu görməzlikdən gələ bilməz.

Mənbə

Şərh yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.