fbpx
info@masterslab.org

onlaynkursplani
14 Noy 2017

Onlayn ingilis dili müəllimlərindən 19 məsləhət

Uğurlu onlayn kurs planı üçün onlayn ingilis dili müəllimlərinin 19 məsləhəti
Onlayn müəllimlər və müəllim olmaq istəyənlər dərsin planlaşdırılması, dərsə nələri daxil edəcəyi və hansı mənbələrdən istifadə edəcəkləri haqqında məndən məsləhət istəyirlər.

İngilis dilinin müxtəlif sahələri və öyrətmə metodları olduğu üçün, hər məsələni eyni üsulla həll etmək olmur. Mənim istifadə etdiyim metodlar sizin özünüzün və tələbələrinizin istifadəsi üçün faydalı olmaya bilər.

Buna baxmayaraq, onlayn dərslərinizdə istifadə edə biləcəyiniz bir neçə ümumi praktika və faydalı mənbələr var.

Sizə tələbələrimiz üçün istifadə edə biləcəyimiz, öz proqramını qurmuş bir neçə təcrübəli müəllimin fikirlərini təqdim edəcəm. Bunun üçün 19 nəfər onlayn kurs keçən müəllimdən dərsin planlaşdırılması üçün yararlandıqları proqram və məsləhətləri istədim.

Bunlar sizə kömək etməklə yanaşı, həmçinin öz proqramınızı qurmaq üçün də ruhlandıracaq.

  1. Gabby Wallace

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Hər dərsin aydın nəticəsi olduğundan əmin olun. Müşahidəçi dərsin sonunda nə etməyə qadir olduğunu başa düşməlidir.

Mənbəyiniz hansıdır?
The All Ears English Podcast tələbələrinizin real ingilis dilini öyrənmək və doğma dili ingilis dili olanlarla əlaqə yaratması üçün yaxşı vasitədir. Pulsuz video epizodlar öyrənmək və müzakirə üçün yararlıdır: www.AllEarsEnglish.com
The Go Natural English Video dərslər ingilis dili bacarıqlarını öyrənmək və söz bazası yaratmaq üçün asan və sürətli üsuldur. Tələbələrin ümumi suallarına cavab vermək üçün pulsuz video dərslərdən istifadə etmək olar: www.GoNaturalEnglish.com

2. Kieran Docherty

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Mənim təcrübə sahəm dili filmlərlə öyrətməkdir, bütün dərs planlarım qısa filmlər əsasında qurulub. Sizə demək olar ki, bütün dərs materiallarımın planlaşdırılması üçün istifadə etdiyim Vimeo haqqında danışacam.  Vimeo, YouTube kimi istifadəçilərin qısa metrajlı video və filmləri yükləmək və paylaşması üçün lazımlı bir saytdır.

Vimeonu YouTubedan üstün tutmağımın bir neçə səbəbi var: bu kiçik miqyaslı rejissorların qrupudur ki, burada qısa filmlərin keyfiyyəti daha yaxşıdır və YouTubedakı filmlərdən daha  bədiidir. Mövzuya uyğun keyfiyyətli videoları tapmaq daha asandır.; Format YouTubedakından daha aydındır və istifadəçilər daha səmimi, intuitivdirlər; diqqətinizi yayındıracaq reklamlar yoxdur, buna görə də qısa filmə fokuslanmaq rahatdır; və nəhayət, şərhlər yaradıcı təxəyyülün məhsuludur, YouTubedakı kimi boş, mənasız, təhqiredici şərhlərlə qarşılaşmırsınız.

Mənbəyiniz  hansıdır?
http://film-english.com/
Film English qısa filmlərdən ingilis dilini tədris etmək məqsədi  ilə tənqidi və yaradıcı şəkildə istifadə etmək və filmindən faydalanmaq- analiz qabiliyyətini  inkişaf etdirmək, tədris otağında filmdəki obrazları təqlid etmək baxımından faydalı  ilkin mənbələrdən biridir. Burada vaxt azlığı olan müəllimlər üçün istifadəsi asan, intuitiv, rəngarəng, əyləncəli və dəqiqliklə hazırlanmış 120 izahlı, hazır dərs planı var.

Hər dərs yaşa, dil səviyyəsinə və mövzuya uyğun kateqoriyaya bölünür. Bütün qısa filmlər və iş vərəqləri birbaşa dərsə daxil edilir, bu da müəllimin işini asanlaşdırır. Projektor vasitəsi ilə müəllimlər bütün dərsi göstərə bilərlər. bundan əlavə, əgər müəllimlər istəsələr dərsi və tapşırıqları  PDF formatında da köçürtmək mümkündür.

3. Mau Buchler

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Onlayn keçilən dərslər ağır və çox vaxt aparan olmamalıdır. Əgər onlara sadə, gündəlik danışıqdakı kimi suallar verəsəniz, görəcəksiniz ki, tez səhvə yol verirlər. Bu zaman, səhvləri düzəldərək, müxtəlif üsullarla onları öyrənməyə cəlb edə bilərsiniz.

Buna baxmayaraq, başqa ideyalara da sahib olun. Gülməli vodeo, qısa hekayə, və ya hər hansı bir fəaliyyəti əlavə vasitə kimi ehtiyatda saxlayın, ancaq yəqin ki, bunlara heç ehtiyacınız olmayacaq.

Mənbəyiniz hansıdır?

Yaxşı mənbə kimi www.tripppin.com  saytını yaratmışam. Daimi kurs material kimi gündəlik istifadə oluna bilər, ancaq, digər təhsil materiallarına əlavə kimi işlədilə bilər. Hər müəllim bunu bir dəfə sinifdə tətbiq etməlidir. Tələbələr bu saytı boş vaxtlarında istifadə edirlər, platform tələbələri mövzu ətrafında şübhə və anlayışlarını sinifdə müzakirə etməyə vadar edir. Müəllim tələbələrin öyrənmə prosesinin rəhbərinə çevrilir.

4. Sylvia Guinan

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Mətn fikri daha yaxşı ifadə etməyi üçün, rəqəmsal vəsait yaratmaq baxımından çoxlu şəkillərdən istifadə etmək ən yaxşı üsuldur. Materiallar diqqət çəkən və düşündürücü olmalıdır. Tələbələrin əlavə detallarla tanış olması üçün mövzunu mətn şəklində olan mənbə ilə əlaqələndirə bilərsiniz..

Dərsin məzmununu, xüsusilə də multi-medianı daha cəlbedici etmək istəyirsinizsə, Tackk və ya  PearlTrees kimi saytlardan faydalana bilərsiniz. Beləliklə, tələbələr gözəl görüntülü kitabxananın üzərində vurmaqla, multi-media, materiallar və elektron kitabları əldə edə bilərlər.

Əlavə olaraq, mənimsəniləcək mövzuya kömək məqsədi ilə, tələbələrin evdə istifadəsi üçün Google Drive və bir çox Google vasitələri var ki, öz görüntülü kitabxananıza Google Drive-ı əlavə edə bilərsiniz.

Mənbəyiniz hansıdır?

Mənim şəxsi bloqum “Brainfriendly learning methods, tools, environments and communities” (Sadə öyrənmə metodları, vasitələri, mühit və cəmiyyəti) adlanır. Bloqumda xülasə, müsahibələr, dərs palnı üçün məsləhətlər, öyrədici texnologiya ideyaları, yaradıcılıq, vebinar izahat və professional inkişaf və bütün növ təhsil məsələri əks olunub.

Həmçinin vebinar audiolarıma qulaq asmaq üçün vebinar hesabım da var.

5. Drew Badger

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Hər dərs bir problemə çarə olmalıdır, buna görə də, dərsə tələbələrin ehtiyacları ilə başlayın. Asan üsullardan istifadə edin.

Mənbəyiniz hansıdır?

YouTube  kanalım hər səviyyəyə uyğun 200 sadə video dərsdən ibarətdir. Hər şey ingilis dilində izah olunduğuna görə, dərslər istənilən ölkədə istifadə oluna bilər. Əgər tələbələrin başa düşəcəyi qaydalar və dolaşıq izahatlar olmadan aydın dil istəyirsinizsə http://www.youtube.com/englishanyone saytını nəzərdən keçirin.

6. Vickie Hollet

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Tələbələrinizə bir mənbədən mövzu götürüb, müzakirə aparmağı həvalə edin. Onlara ideyalar verə bilərsiniz. Məsələn: izlədikləri xəbərlər, ingilis dilini öyrənmək üçün tapdıqları faydalı vebsayt, mövzu və ya ideya ilə nə dərəcədə razılaşmaları, öyrədə biləcəkləri nəyi isə necə seçməkləri haqqında söhbət və s. Onları ruhlandıra bilərsiniz, ancaq idarəçiliyi özləri etməyinə şərait yaradın. Nəticə gözlənilməz olacaq.

Mənbəyiniz hansıdır?

(Vickie-nin saytından məşğuliyyət nümunəsi): http://www.simpleenglishvideos.com/vocabulary/

saytından yalnız dost mövzusunda qısa videolardan birinə baxın.  (Məsələn: make – do, sensible- sensitive, lend –borrow kimi qarşılıqlı sözlərdən istifadə edin.) Sonra onların səhv saldıqları başqa qrup sözləri götürün və fərqlərini öyrədin.  Əgər istəsələr, onlar video düzəltmək üçün PowerPoint proqramı istifadə edə bilərlər, lakin tələbələr müəllim olduqları zaman daha çox öyrənirlər.

7. Minoo Short

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Onlayn qrup dərsiniz üçün vacibdir: Yadda saxlayın! Tələbələrin bəziləri yəqin ki, sessiyada iştirak edə bilməyəcək, sadəcə əvvəlcədən yazılmış dərsə baxacaq. Bu səbəbdən, dərs söhbətə canlı qoşulanlarla birlikdə planlaşdırılmalıdır. İstənilən adam dərsə sonra da baxa bilsin.

Mənbəyiniz hansıdır?

Müəllimlərə faydalı iki mənbəyim var:  YouTube Channel ‘Anglo-Link‘.  Burada, Intermediate və  Advanced səviyyəli tələbər üçün müxtəlif sahələrə aid dərslər tapa bilərsiniz. Hər videonun da öz tapşırıqları var. anglo-link.com  saytımda siz köçürülə bilən audio və pdf faylları ilə yanaşı, oxşar mövzular və onlayn yazı və audio tapşıqlarla təmin olunursunuz.  Mövzuların bəzisi ödənişsizdir, lakin bütün tapşırıqları əldə etmək üçün üzvlüyünüzü Premium və ya Premium Plusa qədər artırmaq lazımdır.

8. Michael Marzio

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Onlayn dərsin planlaşdırılması üçün bir məsləhətim tələbələrin məqsədi və maraqlarını ətraflı öyrənmək, onların ən yaxşı, mümkün öyrənmə təcrübəsini formalaşdırmaqdan ötrü bilik səviyyələrini təyin etməkdir.

Mənbəyiniz hansıdır?

Real English® ingilis dilində danışan ölkələrdə müsahibə götürülmüş insanların təbii dialoqlarına əsaslanan intensiv onlayn video kitabxanadır, müsahibələrin aşkar təbiiliyinə baxmayaraq, ənənəvi funksional, leksik və qrammatik meyarlara uyğun hazırlanmışdır.

Başqa sözlə, Real English çox sadə ideyaya, sadə nitqin pedaqoji və strukturca izahına əsaslanır. “Təbii” sözü hazırkı “gerçək” video sözü ilə uyğun gəlir ki, bu da adətən, ingilis dili ikinci dil və ya xarici dil olan müəllim və tələbələrin üstünlük verdikləri Hollivud filmlərinə aiddir. Real English®- də aktyorlar olmur. Tələbələr özlərini adi insanlara oxşatmağa çalışırlar, məsələn: lazım gəldikdə özlərini məşhur müsahibə verənin yerinə qoyurlar.

Videoya əlavə olaraq, videonun kiçik (asanlıqla başa düşülən) hissəsini qeyri-adi, interaktiv dərs üçün tapşırıq kimi veririk. Bizim son 81dərsimizə 8 qısa müsahibə üçün 100 tapşırıq daxil edilmişdir. O qədər şifahi təkrar olunur ki, hətta çətin hissələr də təbii şəkildə tələbələr tərəfindən mənimsənilir, real insanların özləri olduqları kimi aparmalarından ilhamlanaraq, tələbələr də hər şeyi özləri dərk etməyi öyrənirlər.

9. Shayna F. De Oliveira

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Onlayn dərslərdə, tələbələrin diqqətini dərsə cəlb etmək, adi sinif dərslərindən daha çətindir. Onlayn dərslərinizi qısa və tez dərk ediləcək şəkildə tərtib etsəniz, tələbələr onu daha yaxşı mənimsəyər. Lazım gəldikdə, dərsə maraqlı, görüntülü, müxtəlif məşğuliyyətlər, sual-cavab və praktik tətbiqlər əlavə edin.

Mənbəyiniz hansıdır?

Espresso English bloqu and YouTube kanalında, hər dərs qısadır, bir mövzudan bəhs edir. Müəllimlər videonu sinif otağında göstərə bilər və ya tələbələrə ev tapşırığı kimi verə bilər, hər gün müntəzəm dərslər arası bir neçə dəqiqə də onlara ingilis dili ilə məşğul olmağa kömək edə bilər.

10. Adir Ferreira

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Salam, onlayn dərsin planını qurarkən kimi öyrədəcəyiniz və nə öyrədəciyinizi fikirləşin. Mən, adətən əsas mətn və ya dinləmək üçün kitabdan bir parçaya üstünlük verirəm və mövzu ətrafında qısa müddətli məşğuliyyətlər etməklə onlardan yararlanmağa çalışıram. Mənim seçimim fikir formalaşdıran və söz bazasını artıran fəalliyyətlərdir.

Mənbəyiniz hansıdır?

Mənim bloqumda ingilis dilini öyrənən Portuqal dilli tələbələr üçün yüzlərlə elanlar var. Bu paylaşımlarda çoxlu idiom, qrammatika, mahnılar və sözlər əks olunub. Onların çoxu başqa dillərə də uyğunlaşır, buna görə də çox yaxşı mənbədir.

11. Jason R Levine

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Tələbələri hansı üsulla öyrədəcəyinizdən daha çox onları müşahidə edərək, nəyi xoşlayıb-xoşlamadıqları, hansı sahədə daha çox köməyə ehtiyacı olduqları və bu işi yerinə yetirmək üçün nə qədər vaxt sərf edəcəklərini öyrənməyə çalışın.

Mənbəyiniz hansıdır?

YouTube-da ingilis dilini öyrənmək və öyrətmək üçün xüsusilə də,  çətin və cansıxıcı görünən sözlər və qrammatik qaydalara aid mahnı və videolar düzəldirəm. Müəllimlər videonu sinifdə göstərə bilər ya da tələbələrə əlavə materiallar ilə birlikdə, ya tək evdə, ya dərs çıxışı baxmağı tapşıra bilər (Bu vəsaitləri mənim elektron poçtuma yazmaqla əldə edə bilərsiniz: collolearn@gmail.com)

12. Kris Jagasia

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Söhbət tipli onlayn ingilis dili dərslərində əsas məsələ tələbələrin danışmasını təmin etmək üçün onlarda inam hissini yaratmaqdır. Virtual dərs otağının formatına əsasən, tələbənin kompüterinin ekranında çox boş yer olur, bu da kompüterinizin ekranındakı çoxlu dərs materialını tələbə ilə paylaşmağa imkan yaradır. İş dəftərləri, çalışma vərəqləri və sinifdəki tapşırıqlar onlayn dərsdə enerji səviyyəsini artırmaq üçün məsləhət deyil və ya ekrandan paylaşmaq üçün ideal vəsait deyil.

Dərsin quruluşunu fikirləşdiyimiz zaman, danışıq üçün dərslik yaratmağı qarşımıza məqsəd qoyuruq ki, bu birbaşa təbii danışığı sürətləndirir və nəzərdə tutulan qrammatika və söz ehtiyatını da möhkəmləndirir. PowerPoint və ya Prezi proqramlarında slayd təqdimatın köməyi ilə qısa mətnlərdən ibarət şəkillər ilə işləmək əla fikirdir.

Onlayn dərs keçən müəllimlərə ən böyük tövsiyyəmiz dərsin tərzinin onlayn mühitə uyğunlaşdırmaqları və dərsin məzmununu yoxlamaları və tələbələrin reaksiyasına uyğun onu incələmələridir. Sıra ilə düzülmüş çətin mətnli slaydlar və Power Point proqramı ilə yaxşı hazırlanmış iclas və ya konfrans arasında fərqi düşünün.  Dərsinizin məzmunu nə qədər aydın və ilhamverici olsa, tələbələrinizdə bir o qədər enerji, həvəs olacaq və onları “ödənişli müştəri” kimi daha çox əlinizdə saxlaya biləcəksiniz.

Mənbəyiniz hansıdır?

Off2Class ingilis dilini tədris edən müəllim və repetitorlar üçün dərsin planını qurmaq üçün məqsədli şəkildə hazırlanmış bir layihədir. İllərlə onlayn və internetsiz fərdi ingilis dili müəllimi olmağımıza baxmayaraq, dərslərin məzmununun bir nəfər və ya kiçik qruplar üçün yüksək keyfiyyətdə olmadığını aşkar etdik. Əgər onlayn ingilis dilini tədris edirsinizsə, internet və planşet ekranına sürətlə köçən, paylaşıla bilən  150 ( getdikcə artan) dərs planı kitabxanamız var. indi biz şəxsi Beta-dayıq və əlaqə yaratmağa meylli olan müəllimlərə pulsuz hesab təklif edirik. Müəllimlər hesabı Off2Class saytının əsas səhifəsindən istəyə bilərlər.

13. Sean Banville

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Onlayn dərs üçün sevimli vəsaitlərimdən biri textivate.com saytıdır. Məncə, bu məqalələr və elmi əsərlər üçün interaktiv fəaliyyətlər yaratmaq üçün hər kəsə faydalı olan ən yaxşı mənbələrdən biridir.  Bu həm də ən asan saytdır ki, mətninizi cədvələ yapışdırıb, düyməni sıxmaqla, 55 onlayn məşğuliyyətə sahib olursunuz.

Mənbəyiniz hansıdır?

Mənim 9 material saytım var, ən məşhuru Breaking News English.com saytıdır. Saytda təzə dərslər hər iki gündən bir cari xəbərlər mətnlərinə əsasən yüklənir. Dərslər 7 səviyyəyə bölünür. Hər səviyyənin multi- sürətli oxuma və dinləmə, 30-dan çox məşğuliyyəti, 40-dan çox dərc oluna bilən fəaliyyət mətni, 2 səhifəlik mini dərsi və s. var. Bu və digər saytları  http://www.freeeslmaterials.com/sean_banville_lessons.html-dan tapa bilərsiniz.

14. Justin Murray

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Tələbələrinizi rahat əlaqə saxlamağa həvəsləndirin, ingilis adətlərini gündəlik həyat tərzinə gətirib bunu həyatlarının əsas komponenti hesab etsinlər. Bu adətlər mahnı sözlərini oxumaq, sevdikləri mahnıları oxumaq, hər gün TV seriyasından bir epizoda baxmaq, kitab və ya jurnal oxumaq, yerli dil öyrənmə qruplarına qoşulmaq və ya digər onlayn tələbələr sırasından yeni dost tapmaq ola bilər. Hər dərs olmasa belə, bu mövzuları yenidən təkrarlamaq, faydalı misalları qeyd etmək, bu adətlərə dəyər verən və möhkəmləndirən sistemləri, prosesləri, qeydiyyatı yaratmaq lazımdır.

Mənbəyiniz hansıdır?
http://reallifeglobal.com/start-here, RealLife English müəllimlər, tələbələr və məqsədi insanları ruhlandırmaq, internet vasitəsilə və şəxsən ingilis dili ilə dünyanı əlaqələndirən ingilis dilli şəxslər üçün ingilis dili tədris platformasıdır.

Saytda 500-dən çox məqalə, audio fayllar, videolar mövcuddur, ingilis dilini əyləncəli, dinamik və bədii şəkildə öyrədərək tələbələri sevdikləri işlərdə ingilis dilindən zövq almaq, bunu gündəlik həyatlarının bir hissəsinə çevirməyi öyrədir. Bizdə həm də onlayn sosial şəbəkə, forum, öyrəndiyiniz dilin mərasimləri üçün dünyəvi  şəbəkə var.

Müəllim və tələbələrə ingilis dilində perspektivlərini dəyişməyə kömək etməklə, uğura səbəb olan psixoloji amilləri kökləməklə, onların tədris proqramını həqiqi, real həyat təcrübəsinə əsaslanaraq tərifləməklə, aşkar etdik ki, təkcə onların doğru yol seçməsini, axıcılığını sürətləndirməklə deyil, həm də bu prosesin özündən də zövq almaq olar.

15. Lisa Biskup

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Google Drive-dan istifadə etməklə məqalələri paylaşın və Google Hangouts-da ekranın paylaşılması xassəsindən istifadə edərək,  digər mütaliə materiallarından faydalanın. Bu sizə və tələbələrinizə eyni səhifəni görməyə imkan verir, birlikdə oxuyarkən qrammatik quruluş, söz bazası və ifadələri göstərə bilirsiniz. Dərsinizin məqsədindən asılı olaraq, tələbənizin materialı görməsi və ya redaktə etməsi üçün paylaşımda icazə işarəsini qurun.

Mənbəyiniz hansıdır?

Mənim saytım www.englishfluencynow.com-dur. Müəllimlər və tələbələri bu saytda ödənişsiz bloq dərslər və audio fayllar da daxil olmaqla,  yüksək keyfiyyətli upper intermediate and advanced səviyyəli ingilis dili materiallarından istifadə edə bilərlər.  Bu materiallar TOEFL, IELTS və başqa məharət tələb edən imtahanlara hazırlaşan təəbələr üçün mükəmməl vasitədir. Bunlardan həm də  geniş müzakirələr və söhbətlərə keçid kimi dəistifadə oluna bilər.

16. Shanthi Cumaraswamy Streat

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Onlayn dərslərdə xüsusi bir rəsmi hazırlıq etmirəm. Daha çıx sifarişçilərim tərəfindən onların müzakirə etmək istədiyi sahəyə doğru istiqamətləndirilirəm. Müştərilərimin hamısı iş adamlarıdır və dərslərdən dilin axıcılığı və dəqiqliyini təmin etmək üçün faydalanırlar. Onların məqsədi müxtəlif mövzularda danışmağı bacarmaqdır.  Söhbət irəlilədikcə, bu sahədə dil biliklərimi genişləndirirəm.

Mənbəyiniz hansıdır?

http://englishwithatwist.com/, 2013-cü ilin martında öz bloqumu yaratdım. Bu əsasən, ingilis dilini öyrənən tələbəər üçün nəzərdə tutulmuşdu. İdeyalarımı bölüşmək və ingilis dili və ədəbiyyatına olan sevgimi nümayiş etdirmək istəyirdim. Vaxt keçdikcə, daha çox müəllimin mənim paylaşımlarımdan öz dərslərində istifadə etdiklərinin şahidi oldum. Bloqumda onların şərhlərində, paylaşmalarımdan dərslərində qrammatika və leksik məsələlərin yadda saxlanılması, dərsə uyğunlaşdırılması kimi işlətdiklərini oxudum.

17. Vicky Loras

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

http://vickyloras.wordpress.com

Onlayn dərsi planlaşdırarkən, materialları tələbələrə necə göndərəcəyinizi düşünmək vacibdir, çünki onlar materialdan dərs zamanı, dərsdən sonra istifadə edə bilərlər. Platformada söhbət bölməsi olacaqmı? Elektron poçtlamı göndərəcəksiniz? Əvvəlcədən planlaşdırmaq lazımdır.

Mənbəyiniz hansıdır?

Mən bloqumu səhifərə bölmüşəm: məsləhətlər ilə birlikdə sadə bloq paylaşımları və ya təcrübəsi, mənim biznes ingilis dili səhifəm, mənim poeziya səhifəm (əgər istəsələr, müəllimlər yazdıqlarımdan dərsdə istifadə edə bilərlər), kitablar və başqa fəaliyyətlərə əsasən qurulmuş ədəbiyyat səhifəm. Həmçinin Təqdimat səhifəm də var buradan müəllimlər mənim öz təqdimatımda istifadə etdiyim sitatlar, reklam xarakterli məlumatlar və slaydları köçürə bilərlər.

18. Stephen Mayeaux

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Mənim sevimli vəsaitim Evernote-dur, çünki bu həm müəllimlər, həm də tələbələrin faydalanacağı bir saytdır. Hər dərsdən sonra tapşırıqlarda tələbələrin güclü və zəif cəhətlərini detalları ilə qeyd edirəm. Hətta qeydlərə multimedia da əlavə edə bilirəm və bunu tələbələrim ilə elektron poçt, SMS və ya əgər onlarda da Evernote proqramı varsa, onun vasitəsi ilə paylaşıram.

Mənbəyiniz hansıdır?

Əgər tələbələriniz hip-hop fanatıdırsa və ya idiomlar, frazeoloji birləşmələr kimi qeyri-rəsmi ingilis dilini öyrənmək istəyirlərsə, mənim bloqum onlar üçün əla vasitədir,  burada çoxlu dərslər var, ancaq müəllimlər ingilis dilini öyrətmək üçün mənim 15 Hip-Hop üsulumdan istifadə etsələr daha yaxşı olar: http://eslhiphop.com/2013/05/15-quick-ideas-for-using-hip-hop-in-class/. Bu üsullar çox praktik və tətbiq etməsi çox asandır, istənilən musiqi janrı ilə işlədilə bilər.

19. Jason West

Dərsin planlaşdırılması üçün məsləhət və ya faydalı vasitə:

Tələbə müəllim olmayanlarla danışmağı öyrədin. Onları öyrənməyi qarşılarına məqsəd qoyduqları dili səviyyələrinə uyğun və danışdıqları tərəfdaşlarına maraqlı olacaq tərzdə öyrənməyə istiqamətləndirin. Onlara əlaqə qurmaqda kömək edin.  .

Mənbəyiniz hansıdır?

English Out There iki insanın (məsələn: Skayp və ya Hangout ilə) ünsiyyət yarada bildiyi  mənbədir, çünki onlar London küçələrində tam yad olan insanlarla həqiqi, 7 ildən çox təcrübə keçiblər. Onlar ikinci doğma dili qazanmağınız üçün sizə istiqamət verir və dəstəkləyirlər. Professor Stephen Krashen adi yetkin Çin İngilis dili tələbələri olan onlayn təhsil haqqında bu sözləri demişdir: “Möhtəşəm… Biliyimizin əsas xəzinəsidir. Paylaşdığınız üçün təşəkkür edirəm.”

Klipdən əvvəl və sonra tələbələrin kurs təcrübəsini burada dinləyə bilərsiniz:
http://englishoutthere.com/home-page/listen

Şərh yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.