fbpx
info@masterslab.org

sirkətlərinsankapitali
14 Noy 2017

Şirkətlər insan kapitalını da pul kimi ehtiyatla idarə etməlidirlər mi?

Hazırkı müdirlər balans hesabatının şirkətin nadir resursu olmadığı faktından xəbərdar olaraq onun idarə olunmasına daha çox vaxt sərf edir. Maliyyə kapitalı nisbətən daha çox və ucuzdur. “Bain’s Macro Trends Group” şirkətinin verdiyi məlumata əsasən ümumi kapital ehtiyatı təqribən ÜDM-dan (Ümumi Daxili Məhsul) 10 dəfə çoxdur. Kapitalın həddən artıq çox olması, qlobal kəmiyyət asanlaşması və R&D (Araşdırma və İnkişaf) və kapital lahiyələrində investisiyalar üçün tələbin aşağı olması nəticəsində bir çox şirkətlər üçün borcun vergi sonrası dəyəri inflyasiya dərəcəsində və ya inflyasiya etmək üzrədir və borcun həqiqi dəyəri isə sıfıra yaxınlaşır.

Əksinə hazırda ən az tapılan resurs işçi qüvvəsinin zamanı, istedadı və enejisi ilə ölçülən insan kapitalıdır. Bir gündə saatlarla və ya karyerada günlərlə ölçülən vaxt məhduddur. Fərqlilik yaratmaq istedadı da nadir bir şeydir. Adi bir şirkət işçilərinin yalnız təxminən 15%-nin fərqlilik yarada biləcəyini hesab edir. Bu istedadı tapmaq, inkişaf etdirmək və qoruyub saxlamaq o qədər çətindir ki, işgüzar mətbuat orqanı istedad üçün “müharibə”yə istinad edir. Enerji də həmçinin əldə edilməsi çətin bir şeydir. Mücərrəd bir şey olmasına baxmayaraq o, işçi qüvvəsindəki həvəsli işçilərin sayı ilə müəyyən oluna bilər. Apardığımız tədqiqata əsasən həvəsli işçilər narazı işçilərdən daha məhsuldardır, lakin onlara nadir hallarda rast gəlinir. Əksər təşkilatlarda işçi heyətinin yalnız 1/8-ini həvəsli işçilər təşkil edir.

Budur, siz buna sahibsiniz. Maliyyə kapitalı çoxdur, lakin ehtiyatla idarə olunur; insan kapitalı isə çox azdır, lakin ehtiyatla idarə olunmur. Niyə? Qismən, bu, bizim maliyyə kapitalının yaxşı idarəsinə dəyər verib onu qiymətləndirməyimizlə əlaqədardır. Və biz bunu ölçürük. Böyük Baş İcraçı Direktorlara (CEO) maliyyə kapitalının düzgün şəkildə idarəsi və bölüşdürülməsinə görə böyük ehtiram göstərilir. Lakin hazırkı Baş İcraçı Direktorlar (CEO) bununla bərabər insan kapitalını da düzgün idarə etməlidir.

İnsan kapitalını daha yaxşı necə idarə edə bilərik?

Hesablayın. Atalar sözlərində deyildiyi kimi ölçə bilmədiyini idarə edə bilməzsən. Maliyyə kapitalını hesablamaq üçün əsl əlifba şorbası (bir çox simvol və qısaltmadan ibarət əlifba) (ROA, RONA, ROIC, ROCE, IRR, MVA, APV və s.) mövcuddur. İnsan kapitalını hesablamaq üçün siz təşkilati maneə kimi görünən bizim məhsuldar qüvvə indeksi və effektiv istedad faydaları və bütün məhsuldar qüvvədə enerji idarəsi kimi ölçülərdən istifadə edə bilərsiniz. Siz layihələr və ya təşəbbüslər üçün qoyduğunuz vaxtın miqdarını və dəyərini və onun verdiyi qarşılığı ölçə bilərsiniz. Siz təşkilatınızda olan fərqlilik yaratmaq istedadını ölçə bilərsiniz. 2011-ci ildə “Caesars Entertainment” adlı qumarbazlıq şirkəti yenidən əməliyyatlar təşkil edən zaman baş komanda nəinki şirkətin 2000 top menecerinin performansı və potensialı haqqında verilənlər bazası hazırlamış, eyni zamanda 150 top menecerin yeni və çətin işlərlə məşğul olmaq bacarığını da təhlil etmişdir.

Maliyyə kapitalı kimi insan kapitalına da investisiyalar qoyun. Biznes dünyası maliyyə kapitalı üçün şirkətin ağırlıqlı ortalama kapital dəyərində əks olunmuş imkan kapital dəyəri kimi konsepsiyalar hazırlamışdır. Biz investisiyaların ömürlük dəyərini hesablayırıq və biz kapitalı bir dollarını istifadə etməzdən əvvəl ən aşağı nisbətlər yaradırıq. Biz müxtəlif naməlum gəlirləri hesablamaq üçün Monte Karlo simulyasiyaları aparırıq. İnsan kapitalı üçün biz itirilmiş bir saatın imkan dəyəri haqqında düşünməyə başlamalıyıq. İclasların dəyərini hesablamaq bunu etməyin bir üsuludur. “Bain” şirkətindəki həmkarlarım aşkar etmişlər ki, bir şirkətdəki icraedici komitənin həftəlik iclasına şirkətdəki şöbələrdən əlavə vaxtla ildə 300 000 saat sərf olunur. Avstraliyanın neft və qaz şirkəti olan “Woodside” (Vudsayd) iclaslara daha çox ciddi yanaşdığı zaman işçi heyətinin 25-50% vaxtını sərf etdiyini aşkar etmişdir. Pilotlar öz qrupları arasında iclas vaxtlarını ortalama 14%-dək azaltmışdır – vaxta qənaət həmin qrupların bütöv iş gününə ekvivalent bacarığının 7%-nə bərabərdir. Biz həmçinin saatlar və dollarları nəzərə alaraq layihələr barədə düşünməliyik və yeni bir iclasa və təşəbüssə başlamazdan əvvəl vaxtın və istedadın imkan dəyərini də ən aşağı nisbətə daxil etməliyik.

Ona nəzarət edin. Maliyyənin planlaşdırılması və təhlili üzrə peşakarlardan ibarət komandalar maliyyə kapitalı üçün həqiqi və gözlənilən nəticələri müəyyənləşdirir. İnvestisiyanın idarə edilməsi komitələri yeni investisiyaları hesablayır. Kapital xərci planları geniş məzmunlu və ətraflı icmalların hazırlanması üçün nəzərdə tutulub. Biz hamımız kapitalların satışa çıxarmaq üçün gələn istəkləri qəbul etməliyik. Bununla yanaşı insan kapitalı üçün biz təşkilatımızdakı  nə qədər təşkilati maneənin olduğunu və onun qarşısını almaq üçün hansı tədbirləri görməli olduğumuzu göstərən  vaxtaşırı baxış keçirməliyik. Microsoft Workplace Analytics (Microsoft İş yeri Təhlili) kimi böyük məlumat vasitələri bizim vaxtı necə istifadə etməyimiz barədə ətraflı icmallar hazırlayır. İstedad üçün biz gərək fərqlilik yaradanların kim olduğunu və təşkilatın ən vacib işlərinin cəlb olunub olunmadıqlarının bilməliyik.

Bəzi satıcıları ən yaxşı icraçı edən səbəbləri başa düşmək istəyən bir B2B təchizatçısını düşünün. Microsoft Workplace Analytics ölçülərlə bağlı statistik təhlilləri və digər faktorlar ən yaxşı və adi icraçıların vaxtlarını fərqli şəkildə keçirdiklərini göstərir. Bəzi fərqlər açıq-aydındır: digər nümayəndələrə nisbətən həftədə ortalama 4 saatdan çox müştərilərlə ünsiyyətdə olmaq və ya 25%-dən çox çarpaz satışa meylli olmaq. Lakin bəzi davranışlar təəccübləndirici idi. Məsələn, ən yaxşı icraçılar şirkət daxilində müxtəlif qruplarla qarşılıqlı əlaqədə olmağa 3 dəfə daha artıq meyillidir. Başqa sözlə onlar müştəri məsələləri ilə bağlı onlara kömək edən maliyyə, hüquq, qiymətləndirmə və ya marketinq əməkdaşları ilə əlaqə yaradırlar.

Zaman, istedad və enerjinin yaxşı idarəsini bilmək və qiymətləndirmək. Tarixən maliyyə kapitalının səmərəli investisiyası kiminsə karyerasının əsas yaradıcısı olmuşdur. Dəyişən kompensasiya adətən əlavə iqtisadi dəyərlə əlaqələndirilir. Əksər şirkətlərın artıq ömürlük iş təklif etməmələrinə baxmayaraq onlar yenə də fərqlilik yaradanlar üçün ömürboyu sürən tapşırıqlar hazırlamağın yollarlarını tapmalı və  həvəsləndirici və yaxşı nəticələrə gətirib çıxaran iş şəraiti yaratmaqla onları yenidən işə götürmək üçün hər gün çalışmalıdır. Rid Hofman “LinkedIn” adlı sosial şəbəkəni yaradarkən söz vermişdi ki, şirkət burada 2-4 il ərzində işləyən və mühüm töhflələr verən istedadlı işçilərə ya onlara şirkətdə yenidən vəzifədə qalma müddəti verməklə, ya da şirkətdən getdikləri təqdirdə onlara dəstək olmaqla karyeralarını inkişaf etdirməyə kömək edəcək. Bu yenidən vəzifədə qalma müddətinin verilməsi sahibkarlıq işçilərinin cəlb olunması və saxlanılmasına kömək etdi.

Rəhbərlər həvəsləndirici sözlərinə görə qiymətləndirilməlidir. Onlar həmçinin istedad balans hesabatı yaratmaqlarına görə qiymətləndirilsin; onlar nə qədər yüksək potensiallı şəxsləri işə götürüblər, inkişaf etdiriblər və saxlayıblar. Netflixin məşhur HR (İnsan Resursları) kitabına əsasən şirkətin əsl dəyərləri “mükafatlandırılan, işində yüksələn və ya çıxıb gedənlər tərəfindən göstərilir.”

İnsan kapitalının düzgün idarəsi üçün yalnız bir neçə üsul mövcuddur. Çox güman ki, daha çox kreativ həll üsulları da var. Zaman məhduddur. İstedad nadir hallarda tapılır və ona görə mübarizə aparmağa dəyər. Enerjini yaratmaq ya da boşa çıxartmaq olar. Biz bunu nə qədər tez nəzərə alıb hərəkət etsək, insan kapitalına görə layiq olduğumuz qarşılığı bir o qədər tez alacağıq.

Mənbə

Şərh yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.